Ermənistan prezidenti Qarabağda
https://azeri.sahartv.ir/news/azərbaycan-i222598-ermənistan_prezidenti_qarabağda
Ermənistan prezidenti Serj Sərkisyan İyunun 23-də Qaarabağa və işğal olunmuş torpağlara səfər etdi. Səfər prezidentlərin Sankt-Peterburq görüşünün sonrası baş tutduğuna görə, diqqət çəkdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2016 10:34 Asia/Baku
  • Ermənistan prezidenti Qarabağda
    Ermənistan prezidenti Qarabağda

Ermənistan prezidenti Serj Sərkisyan İyunun 23-də Qaarabağa və işğal olunmuş torpağlara səfər etdi. Səfər prezidentlərin Sankt-Peterburq görüşünün sonrası baş tutduğuna görə, diqqət çəkdi.

Erməni KİV-ləri xəbər verir ki, İyunun 23-də Ermənistan prezidenti Serj Sərkisyan bu Azərbaycanın işğal altındakı ərazilərinə gedib və çatan kimi təmas xəttinə yola düşüb.

Qarabağa gedən Ermənistan prezidenti birbaşa cəbhənin cənub istiqamətinə (Füzuli-Cəbrayıl) da olub.

Sərkisyan orada erməni qüvvələrinin yüksək rütbəli zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttinin həmin istiqamətindəki vəziyyəti müzakirə edib.

Aprel ayının əvvəlində həmən istiqamətdə ağır döyüşlər gedirdi. Aprel döyüşlərində Azərbaycan ordusu təmas xəttinin cənub istiqamətində stratji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etmişdir.

Sərkisyanın təmas xəttində olması Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşündən bir neçə gün sonra baş tutur.

Hərçənd Qondarma Qarabağ erməni rejiminin təmsilçisi David Babayan bu səfərin prezidentlərin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı olmadığını, “ümumi xarakter daşıdığını” deyib.

Bundan əvvəl Azərbaycan rəsmiləri o cümlədən Azərbaycan Respublikası prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Sankt-Peterburqda prezidentlərin münaqişənin mərhələli həlli istiqamətində irəliləmək barədə razılığa gəldiklərini açıqlamışdı .