Azərbaycanda ilk qədr gecəsi mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i222742-azərbaycanda_ilk_qədr_gecəsi_mərasimi_keçirilib
Azərbaycan Respublikasının mömin vətəndaşları və Əhli-Beyt (ə) aşiqləri Qədr gecələrinin ilk gecəsində və Həzrət Əlinin (ə) yaralanmasının ildönümü gecəsində bu ölkə məscidlərində əhya saxlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2016 08:17 Asia/Baku
  • Azərbaycanda ilk qədr gecəsi mərasimi keçirilib
    Azərbaycanda ilk qədr gecəsi mərasimi keçirilib

Azərbaycan Respublikasının mömin vətəndaşları və Əhli-Beyt (ə) aşiqləri Qədr gecələrinin ilk gecəsində və Həzrət Əlinin (ə) yaralanmasının ildönümü gecəsində bu ölkə məscidlərində əhya saxlayıblar.

Möminlər bu fəzilətli gecədə dualar oxuyaraq, başa Quran tutaraq, bütün maddi bağlılıqlardan uzaq olaraq mənəviyyatla dolu ürəklə ehtiyac əlini Allah-taalanın dərgahına uzadaraq öz ürəklərinə iman nuru bəxş ediblər.

Bu fəzilətli və bərəkətli gecədə natiqlər Qədr gecələrinin fəzilətlərii bəyan edərək möminlərə bu ilahi fəzilətlərdən faydalanmağı tövsiyə ediblər.

Həzrət Əlinin (ə) şəhadətinin ildönümünün gəlib çatması ilə bağlı əzadarlıq Azərbaycan məscidlərində Qədr gecələrinin ilk gecəsində əhya mərasiminin digər proqramlarından olub.