Azərbaycan prezidenti Sankt Peterburq görüşünün detallarını açıqlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i223081-azərbaycan_prezidenti_sankt_peterburq_görüşünün_detallarını_açıqlayıb
“Müsbət hal ondan ibarətdir ki, Vyana görüşündən bir ay keçəndən sonra artıq Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində növbəti görüş keçirilmişdir. Bu görüşü biz müsbət qiymətləndiririk. Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirmişdir və bu mövqe, təbii ki, ictimaiyyət üçün də açıqdır”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2016 07:37 Asia/Baku
  • İlham Əliyev
    İlham Əliyev

“Müsbət hal ondan ibarətdir ki, Vyana görüşündən bir ay keçəndən sonra artıq Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində növbəti görüş keçirilmişdir. Bu görüşü biz müsbət qiymətləndiririk. Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirmişdir və bu mövqe, təbii ki, ictimaiyyət üçün də açıqdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti, İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib.

Dövlət başçısı deyib ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var: “Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Bununla bərabər, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edilib,6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaq, vəssalam. O ki qaldı ermənilərin şərt kimi ortaya qoyduqları insidentlərin araşdırılması mexanizminin tətbiqinə, hesab edirəm ki, buna indiki mərhələdə ehtiyac yoxdur. Birincisi, bu mexanizmlər yoxdur”.

Əliyev əlavə edib: “Azərbaycan tərəfi və mən şəxsən dəfələrlə qeyd etmişdim ki, biz bu münaqişəni ancaq mərhələli yolla həll edə bilərik. Çünki başqa cür mümkün deyil”.