Bakıda Ələvi Şer Gecəsi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i223222-bakıda_Ələvi_Şer_gecəsi_keçirilib
Həzrət Əlinin (ə) şəhadətinin ildönümü günündə Azərbaycan Respublikasının alimləri, şairləri və Əhli-Beyt (ə) məddahlarının iştirakı ilə Bakıda Ələvi Şer Gecəsi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2016 08:37 Asia/Baku
  • Bakıda Ələvi Şer Gecəsi keçirilib
    Bakıda Ələvi Şer Gecəsi keçirilib

Həzrət Əlinin (ə) şəhadətinin ildönümü günündə Azərbaycan Respublikasının alimləri, şairləri və Əhli-Beyt (ə) məddahlarının iştirakı ilə Bakıda Ələvi Şer Gecəsi keçirilib.

Bu ədəbi-mənəvi gecədə ədiblərdən bir neçəsi Həzrət Əlinin (ə) nurlu şəxsiyyəti barəsində çıxış edib, davamında Əhli-Beyt (ə) şairləri o imamın fəzilətləri haqda öz şerlərini oxuyub və bu gecəyə xüsusi mənəvi ab-hava bəxş ediblər.

Bu tədbirdə həmçinin məddahlar Əmirəl-Möminin Əli (ə) haqda məddahlıq ediblər.

Ədəbi-mənəvi tədbir İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü ilə Ələvi mədəniyyətinin genişləndirilməsi məqsədilə keçirilib.