Hacı Tale Bağırzadənin işinin araşdırılması davam edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i223369-hacı_tale_bağırzadənin_işinin_araşdırılması_davam_edir
Müsəlman Birliyi Hərəkatının başçısı və saxlanılan digər 18 nəfər barəsində olan ittihamnamə vəkillər tərəfindən araşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2016 06:55 Asia/Baku
  • Hacı Tale Bağırzadənin işinin araşdırılması davam edir
    Hacı Tale Bağırzadənin işinin araşdırılması davam edir

Müsəlman Birliyi Hərəkatının başçısı və saxlanılan digər 18 nəfər barəsində olan ittihamnamə vəkillər tərəfindən araşdırılıb.

İRİB-nin APA-ya istinadla verdiyi məlumata görə, Hacı Taleh Bağırzadə və daha 18 nəfərin vəkili olan Cavad Cavadlı deyib: Ehtimal olunan etirazların araşdırılmasının ardınca, bu şəxslərlə barəsində açılmış cinayət işi Ağır Cinayətlərə Dair Məhkəməyə göndəriləcək.

Digər tərəfdən Azərbaycan Müsəlman Birliyi Hərəkatının üzvlərindən olan Abbas Hüseynin vəkili Fariz Namazlı bildirib ki, məhkəmə rəhbərliyinin vəkillərə cinayət işinin detalları ilə tam şəkildə tanış olmaq icazəsi verməməsinə görə, Azərbaycan Baş Prokurorluğuna şikayət ediblər.

Ötən ilin 26 noyabrında təhlükəsizlik qüvvələrinin Bakının Nardaran qəsəbəsində həyata keçirdiyi əməliyyat zamanı Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə onlarla nəfər ilə birlikdə həbs edilib.

Bu əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olmuşdu.