Ümumdünya Qüds Günü Bakıda islam ölkələri səfirlərinin iştirakı ilə keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i223747-Ümumdünya_qüds_günü_bakıda_islam_ölkələri_səfirlərinin_iştirakı_ilə_keçirilib
Azərbaycan Respublikasında bir qrup islam ölkəsinin səfirinin iştirakı ilə Ümumdünya Qüds Günü yürüşü ilə bağlı xüsusi tədbir keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2016 09:01 Asia/Baku
  • Ümumdünya Qüds Günü Bakıda islam ölkələri səfirlərinin iştirakı ilə keçirilib
    Ümumdünya Qüds Günü Bakıda islam ölkələri səfirlərinin iştirakı ilə keçirilib

Azərbaycan Respublikasında bir qrup islam ölkəsinin səfirinin iştirakı ilə Ümumdünya Qüds Günü yürüşü ilə bağlı xüsusi tədbir keçirilib.

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətülislam Ocaqnejad, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin də iştirak etdiyi tədbirdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ümumdünya Qüds Gününü bütün zəiflərin günü adlandırıb və sionist rejimin Fələstindəki cinayətlərini pisləyərək deyib: Sionist rejim terror qruplaşmaları yaratmaqla ümumi fikri Fələstin məsələsindən yayındırmaq niyyətindədir və müsəlmanlar düşmənlərin bu məkrli planı qarşısında birləşməlidir.

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdürrəhim də bu tədbirdə İmam Xomeyninin (rə) təşəbbüsü ilə mübarək Ramazan ayının son cüməsinin Ümumdünya Qüds Günü adlandırılmasını dünyanın Fələstinin məzlumluğuna diqqət yetirməsi və onun unudulmamasına səbəb olduğunu bildirib və deyib: Bu təşəbbüs sayəsində bu gün sionistlərin cinayətləri qarşısında müsəlmanların Fələstini dəstəklədiyinin şahidiyik.

Sionistlər tərəfindən Fələstin islam diyarının neçə illərdir işğal altında qaldığına toxunan fələstinli səfir əlavə edib: Sionist rejim bu müddətdə ərazimizi işğal etmək üçün var-gücündən istifadə edib. Lakin Fələstin xalqının iradəsi və müqaviməti bu qəsbkar rejimin nəhs planlarını tam şəkildə icra etməsinə mane olub.

Fələstin səfiri ötən 60 il ərzində Fələstin barəsində beynəlxalq dairələrdə 100 qətnamənin təsdiqləndiyinə toxunaraq, beynəlxalq dairələrin Fələstin islam ərazilərinin azad olunmasına diqqət yetirməsini istəyib.

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bu tədbirdə islam dünyasının acı hadisələrinə diqqət çəkərək deyib: Təəssüflər olsun ki, islam dünyası ağır şəraiti keçir və ötən bir neçə ildə islam dünyası münaqişələrini nəzərə aldıqda, Fələstin münaqişəsi hələ də davam edən islam dünyasının ən önəmli məsələlərindən biridir.

Mübariz Qurbanlı Dağlıq Qarabağ münaqişəsinə də toxunub və deyib: Əgər zamanında beynəlxalq dairələr tərəfindən bu münaqişələrə diqqət yetirilsəydi, bu münaqişələr bu qədər böyüməzdi.

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri sözlərinin davamında müsəlmanları birliyi və həmrəyliyi qorumağa çağırıb.