Yaxın gələcəkdə Azərbaycan R. Müsəlmanlar Birliyi Hərəkatı sədrinin ittihamlarına baxılacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i224143-yaxın_gələcəkdə_azərbaycan_r._müsəlmanlar_birliyi_hərəkatı_sədrinin_ittihamlarına_baxılacaq
Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadənin vəkili yaxın gələcəkdə müvəkkilinin işinə baxılacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2016 07:33 Asia/Baku
  • Yaxın gələcəkdə Azərbaycan R. Müsəlmanlar Birliyi Hərəkatının sədrinin ittihamlarına baxılacaq
    Yaxın gələcəkdə Azərbaycan R. Müsəlmanlar Birliyi Hərəkatının sədrinin ittihamlarına baxılacaq

Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadənin vəkili yaxın gələcəkdə müvəkkilinin işinə baxılacağından xəbər verib.

IRIB-nin İslam-Azeri-yə istinadlı məlumatına görə, Cavad Cavadov deyib: Bakı Cinayət Məhkəməsində Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadənin və Xalq Partiyasının sədr müavini Fuad Qəhrəmanlının, eləcə də on altı digər şəxsin ittihamlarına baxılması işi tezliklə başlanacaq.

Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının sədri Nardaran qəsəbəsi əhalisindən bir neçə nəfərlə yanaşı, 2015-ci il noyabrın 26-da təhlükəsizlik qüvvələrinin bu qəsəbəyə basqını nəticəsində və milli təhlükəsizliyə qarşı hərəkət ittihamı ilə həbs olunaraq, zindana salındı.

Azərbaycan Respublikası hakimiyyəti bu hərəkətdən sonra Nardaran qəsəbəsini mühasirəyə aldı və bu qəsəbəyə giriş və ondan çıxış şiddətli nəzarətlə həyata keçir.