Bakıda partlayış
https://azeri.sahartv.ir/news/azərbaycan-i224191-bakıda_partlayış
Dünən gecə saatlarında Bakının Xocasən qəsəbəsində yerləşən “Lider Cola” şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2016 12:12 Asia/Baku
  • Bakıda partlayış
    Bakıda partlayış

Dünən gecə saatlarında Bakının Xocasən qəsəbəsində yerləşən “Lider Cola” şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib.

ANS PRESS bildirir ki, içkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib.

İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayışın gücü yüksək olduğu üçün hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçub.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Qonşuluqda yaşayan sakinlərin sahur etdikləri üçün partlayış vaxtı ev içində olmayıblar.

Faktla əlaqədar araşdırma aparılır.

4 gün öncə Bakıda, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda da partlayış baş vermişdi.

Həmçinin, cümə günü Bakıda avtomobil üçün ehtiyat hissələri bazarında da yanğın baş vermişdi.