Ceyms Uorlik: “Qarabağ NATO-da müzakirə olunacaq”
https://azeri.sahartv.ir/news/azərbaycan-i224521-ceyms_uorlik_qarabağ_nato_da_müzakirə_olunacaq
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2016 04:26 Asia/Baku
  • Ceyms Uorlik
    Ceyms Uorlik

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.

APA-nın verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, deyə o yazıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun sammitində iştirak etmək məqsədilə iyulun 7-də Polşanın paytaxtı Varşavaya səfərə gedib.