Həbsdə olan ruhaninin ailəsi BMT-yə müraciət etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i224710-həbsdə_olan_ruhaninin_ailəsi_bmt_yə_müraciət_etdi
Həbsdə olan islamçı Ruhulla Axundzadənin həyat yoldaşı BMT-yə ünvanlanmış məktubda, bu təşkilatın onun ölkədən çıxmasına kömək etməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2016 07:34 Asia/Baku
  • Həbsdə olan ruhaninin ailəsi BMT-yə müraciət etdi
    Həbsdə olan ruhaninin ailəsi BMT-yə müraciət etdi

Həbsdə olan islamçı Ruhulla Axundzadənin həyat yoldaşı BMT-yə ünvanlanmış məktubda, bu təşkilatın onun ölkədən çıxmasına kömək etməsini istəyib.

Nur saytının cümə günü yaydığı məlumata görə, Ruhulla Axundzadənin həyat yoldaşı xanım Tamara Azundzadə jurnalistlər ilə müsahibədə deyib: Həyat yoldaşım 1988-ci ildən hökumət tərəfindən təzyiqlərə məruz qalıb və bu xüsusda beynəlxalq dairələrə, İslam Əməkdaşlıq Təşkilatına və BMT-yə müraciət edib.

Tamara Axundzadə həmçinin, həbsdə olan həyat yoldaşının Azərbaycandan çıxarılmsı ilə bağlı BMT-yə olan müraciətinin səbəbinə gəlincə isə deyib: Bunun səbəbi ölkədə islamçılara qarşı hökm sürən ədalətsizlik və məhdudiyyətlərdir.

Həbsdə olan islamçı Ruhulla Axundzadənin övladı Məhəmməd Əli Axundzadə də Nardaran hadisələrinin ardınca həbs edilib. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.