Azərbaycan Respublikası: Emənistan atəşkəsin icrasına mane olur(şərh)
-
Azərbaycan Respublikası: Emənistan atəşkəsin icrasına mane olur
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyir ki, rəsmi İrəvan mövcud vəziyyətin dəyişdirilməsi və atəşkəs razılaşmalarının icrasına mane olur.
Trend xəbər agentliyinin məlumatına görə, Hikmət Hacıyev həmçinin deyib: Qarabağdakı şəraitin dəyişməsi, rəsmi İrəvan tərəfindən maneələrlə üzləşir və onu da etiraf edir. Bu azəri diplomat sözlərinə belə aydınlıq gətirib: Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda etdiyi çıxışında bir şərait bəyan edərək, ixtilafların həllinə və atəşkəs razılaşmalarının icrasına mane olubdur ki, əslində Qarabağ məsələsinin həlli sahəsində Ermənistanın sabotajları haqda bir növ etiraf sayılır.
Bundan öncə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmiləri Ermənistanın dövlət başçılarının şovinist ifadə tərzini tənqid etmişdilər.
Hikmət Hacıyev Ermənistanın dövlət başçılarını sülh razılaşmalarını təhrif və xalqı təhrik etməkdə ittihamlandırmışdı. O, habelə demişdi ki, İrəvanın dövlət başçıları xalqı sülhə hazırlamaq yerinə, iki tərəf arasında nifrəti təhrik etməklə məşğuldur.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsünün Emənistan prezidentinə qarşı sözləri elə bir haldadır ki, Serj Sarkisyan da ötən ay İlham Əliyevin iyunun 4-də dırnaqarası xaricdəki azəridillilərin cəmiyyətlərinin dördüncü qurultayında etdiyi çıxışına etiraz edərək, onun sözlərini uşaqcasına sözlər adlandırmışdı. Sarkisyanın sözlərinə görə, Azərbaycan Respublikası prezidenti "naməlum" vəziyyətdədir və ciddi məsələlər barədə düşünmək yerinə, hələ öz üşaqcasına oyunlarını davam etdirir.
Ekspetlər Bakı və İrəvanın bir-birinə qarşı oxşar ittihamları və qarşılıqlı mövqelərini iki tərəf arasında şifahi qarşıdurmanın davam etməsi hesab edirlər. İki tərəf beynəlxalq iclaslarda bir-birini sabotajda ittiham edərək, qarşı tərəfi Qarabağ münaqişəsinin həllinə mane olmaqda suçlamağa çalışır. Bu rəftarlar ilk növbədə göstərir ki, iki ölkə sülh razılaşmasını imzalamağa hazır deyil. Eyni zamanda, belə görünür ki, Bakı və İrəvan başçılarının region xarici dövlətlərdən gözləntiləri bir həddədir. Əslində Azərbaycan Respublikası və Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərindən bir həddə ərazi ixtilaflarının həllini gözləyirlər. Bu oxşar intizar göstərir ki, region xalqlarının intizarlarının əksinə olaraq, Minsk qrupunun sülh layihələri nəticəsiz qalmaqda davam edəcək.
Bakı və İrəvan başçıları arasındakı şifahi çəkişmələrin davam etməsi elə bir şəraitdədir ki, atəşkəs qaydalarının pozulması hələ də tərəflərdən qurbanlar almaqda davam edir. Sonuncu halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan hərbçiləri tərəfindən atəşkəsin pozulmasının davam etməsindən xəbər veribdir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyini İctimai Əlaqələr Şöbəsi iyulun onunda erməni qüvvələr tərəfindən atəşkəsin pozulmasından xəbər verdi. Bu məlumatda iddia olunubdur ki, erməni qüvvələr Goranboy və Füzuli rayonları və bu işğal olunmuş iki rayonun ətrafındakı kəndlərə 12 dəfə atəş açıblar.