Azərbaycan və Rusiya xarici işlər nazirlərinin mətbuat konfransı
-
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin mətbuat konfransı
Azərbaycan xarici işlər naziri rusiyalı həmkarı ilə müzakirələrinin müəyyən bir mövzu üzərində təmərküzləşdiyini bildirib.
APA-nın məlumatına görə, Elmar Məmmədyarov bu gün rusiyalı həmkarı Sergey Lavrov ilə birgə mətbuat konfransında deyib: Müzakirələr Qarabağ münaqişəsinin həll yolları üzərində təmərküzləşmişdi və qərara alındı ki, münaqişənin həllinə qədər müzakirələr davam etsin.
E.Məmmədyarov Rusiya prezidenti Vladimir Putinin amerikalı və fransız həmkarları ilə telefon əlaqəsi saxlamasına da işarə edib və deyib: Sergey Lavrov bu görüşlərin nəticələri ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanı məlumatlandıracaq.
Azərbaycan xarici işlər naziri həmçinin deyib: Azərbaycanın məqsədi münaqişənin həll edilməsidir və müzakirələrin uzunmüddətli olması planlaşdırılmır.
Rusiya xarici işlər naziri Sergey Lavrov ötən həftə Ermənistana səfər etmiş və İrəvan rəsmiləri ilə münaqişənin həll yolları barədə danışıqlar aparmışdı.