Qərbi Azərbaycan ostanı ilə Azərbaycan Respublikası iş adamlarının müştərək konfransı keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i225193-qərbi_azərbaycan_ostanı_ilə_azərbaycan_respublikası_iş_adamlarının_müştərək_konfransı_keçirilib
Bu gün Bakıda Qərbi Azərbaycan ostanı ilə Azərbaycan Respublikası iş adamlarının müştərək konfransı keçirilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2016 11:23 Asia/Baku
  • Qərbi Azərbaycan ostanı ilə Azərbaycan Respublikasının iş adamlarının müştərək konfransı keçirilib
    Qərbi Azərbaycan ostanı ilə Azərbaycan Respublikasının iş adamlarının müştərək konfransı keçirilib

Bu gün Bakıda Qərbi Azərbaycan ostanı ilə Azərbaycan Respublikası iş adamlarının müştərək konfransı keçirilib

Azərbaycan Respublikasının ixracat və investisiyanın inkişafı agentliyinin binasında Azərbaycanın sahibkarlar konfederasiyası və ticarət palatasının eləcə də bu ölkənin özəl sektorunun nümayəndələrinin də qatıldığı bu konfransda, Qərbi Azərbaycan ostanının dövlət və özəl sektoru və şirkətlərinin , inşaat, neft-kimya, ərzaq, qablaşdırma, ixracat və idxalat sahələrinin nümayəndələrindən ibarət 40 nəfərlik heyət də iştirak edib.

Konfrans iştirakçıları qarşılıqlı iqtisadi əməkdaşlıq yollarını araşdıraraq, bu əməkdaşlıqların gücləndirilməsini vurğulayıblar.

Qərbi Azərbaycanın ticarət heyəti Naxçıvan Muxtar Respublikası və Bakıya 5 günlük işgüzar səfərə çıxıb.

Bu heyən Azərbaycan Respublikasının müvafiq nümayəndələri ilə görüşlərdən əlavə, Sumqayıt sənaye şəhərciyinə də baxış keçirəcək və Azərbaycan Respublikasının iqtisadi potensiyalları ilə yaxından tanış olacaq.