Qərbi Azərbaycan vilayətinin heyəti Bakıda İran səfiri ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i225340-qərbi_azərbaycan_vilayətinin_heyəti_bakıda_İran_səfiri_ilə_görüşüb
Qərbi Azərbaycan Vilayəti Kooperasiya Palatasının ticarət heyəti Bakıya səfərinin ikinci günündə İranın Azərbaycan Respublikasındakı səfiri ilə görüşərək danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2016 12:08 Asia/Baku
  • Möhsün Pakayin
    Möhsün Pakayin

Qərbi Azərbaycan Vilayəti Kooperasiya Palatasının ticarət heyəti Bakıya səfərinin ikinci günündə İranın Azərbaycan Respublikasındakı səfiri ilə görüşərək danışıqlar aparıb.

Səfir bu iclasda Əhatəli Müştərək Təşəbbüs Proqramından sonrakı dövrdə İranın əsasən qonşu ölkələrlə xarici iqtisadi əlaqələrində yaranan müsbət və münasib şəraitə toxunub və İranın iqtisadi şirkətləri, o cümlədən ticarət palatası və kooperasiya palatalarından bu münasib şəraitdən ixracatın artırılması və xarici şirkətlər və iş adamları ilə anlaşmalar istiqamətində faydalanmağa çalışmalarını istəyib.

Möhsün Pakayin əlavə edib: İslam İnqilabının Böyük Rəhbəri və İran rəsmilərinin Müqavimət İqtisadiyyatı siyasətlərinin icrası üzrə göstərişlərini nəzərə alaraq İran şirkətləri qonşu ölkələr, xüsusilə də Azərbaycan Respublikası ilə ticarət mübadilələrinin artırılması istiqamətində maksimum şəkildə çalışmalıdırlar.

Qərbi Azərbaycan vilayətinin Naxçıvan Muxtar Respublikası ilə iqtisadi münasibətləri və ticarət mübadilələrinin gücləndirilməsi üzrə iki ölkə rəsmilərinin siyasi marağı və iradəsi, bunun ardınca isə, regionla ticarət əlaəqlərinin gücləndirilməsi üçün Qərbi Azərbaycan vilayətinin ticarət şirkətləri və əlaqədar iqtisadi rəsmilərindən öz ticarət dövriyyələrini Naxçıvanla məhdudlaşdırmamalarını istəyib.

Pakayin deyib: İqtisadi və sənayenin yüksək potensialları, xüsusilə də kənd təsərrüfatı, rabitə sahələrindəki imkanları nəzərə alaraq, Azərbaycan Respublikası ilə ticarət fəaliyyətləri gücləndirilməlidir.