Azərbaycan R-da İranın dondurulmuş 400 milyon dolları azad edilib
-
Azərbaycan R-da İranın dondurulmuş 400 milyon dolları azad edilib
İranın Azərbaycan Respublikasının Beynəlxalq Bankında dondurulmuş 400 milyon dolları İrana verilib.
IRIB-nin məlumatına görə, İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin bu xəbəri verərək, deyib: Sanksiya şəraitinə görə, bu məbləğdən istifadə imkanına malik deyildik ki, nüvə anlaşmasından sonra bu 400 milyon dolları almağa müvəffəq olduq.
O, əlavə edib: Bu məbləğin bir hissəsi Xəzər dəizindəki Şahdəniz yatağında sərmayə qoymuş "Niku" şirkətinə köçürülüb. Məbləğin digər bir hissəsi də İranın Milli Bankının Bakı şöbəsinin ixtiyarına qoyulub. Başqa bir məbləğ də Azərbaycan Respublikasının Beynəlxalq Bankında mövcuddur ki, istədiyimiz zaman götürə bilərik.
İranın Azərbaycan Respublikasındakı səfiri daha sonra iki ölkənin bank əməkdaşlıqlarını yaxşı adlandırıb və belə deyib: Azərbaycan bankının Tehranda şöbəsinin yaradılması, həmçinin bank fəaliyyətləri proqramının yaradılması ilə iki tərəfin bank sektorundakı həmkarlıqları münasib gedişə malik olacaqdır.