Amerikalı həmsədr: “Vasitəçilər tərəfləri əldə edilən razılaşmaları yerinə yetirməyə çağırır”
https://azeri.sahartv.ir/news/azərbaycan-i226774-amerikalı_həmsədr_vasitəçilər_tərəfləri_əldə_edilən_razılaşmaları_yerinə_yetirməyə_çağırır
“ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərdən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyr”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2016 10:37 Asia/Baku
  • Amerikalı həmsədr: “Vasitəçilər tərəfləri əldə edilən razılaşmaları yerinə yetirməyə çağırır”
    Amerikalı həmsədr: “Vasitəçilər tərəfləri əldə edilən razılaşmaları yerinə yetirməyə çağırır”

“ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərdən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyr”.

APA-nın məlumatına görə, bunu Ermənistanın “Aravot” qəzetinə müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

C. Uorlik deyib ki,  Vyanada keçirilən görüşdən sonra atəşkəs rejimi əhəmiyyətli dərəcədə təmin edilib: “İstənilən güc tətbiqi həmsədrlər və həmsədr ölkələr tərəfindən ciddi mühakimə ediləcək. Vasitəçilər tərəfləri Vyana və Sankt-Peterburq görüşlərində əldə edilən razılaşmaları yerinə yetirməyə çağırır. Bu razılaşmalar ATƏT-in Monitorinq Qrupunun genişləndirilməsi, təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını, münaqişənin hərtərəfli tənzimlənməsinə apara biləcək mahiyyəti üzrə danışıqların aparılmasını ehtiva edir. Sankt-Peterburqda tərəflər arasında danışıqların yenidən başlanılmasını görmək bizə ümid yaradıb. Növbəti addım monitorinq missiyasının genişləndirilməsidir. Bununla bərabər həmsədrlər tərəflərlə insidentlərin araşdırılması mexanizmi ilə bağlı təklif üzərində işi dayandırmayacaq”. 

Minsk Qrupu uzunmüddətli vasitəçilik missiyasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir nəticəyə nail olmayıb.