Azərbaycan MN: Atəşkəs 16 dəfə pozulub
-
Azərbaycan MN: Atəşkəs 16 dəfə pozulub
Erməni silahlı bölmələri Azərbaycan Respublikas ilə olan cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozublar.
APA-nın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağdam kəndlərində yerləşən Azərbaycan Respublikası mövqeləri atəşə tutulub.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.