Azərbaycan Respublikasında islamçıların həbs müddəti uzadılıb
-
Azərbaycan Respublikasında islamçıların həbs müddəti uzadılıb
Azərbaycan Respublikasında islamçı məhbus Zülfüqar Mikayılzadənin həbs müddəti uzadılıb.
İslam-Azeri saytının məlumatına görə, Zülfüqar Mikayılzadənin qohumları deyiblər ki, onun həbs müddəti 4 ay uzadılıb.
Zülfüqar Mikayılzadə 2015-ci ilin 26 noyabrında təhlükəsizlik qüvvələrinin basqını zamanı Nardaran əhalisindən bir neçəsi ilə yanaşı milli təhlükəsizliyə qarşı hərəkət ittihamı ilə həbs olunaraq, məhbəsə atılıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi də bir bəyanatda bildirib ki, Tale Bağırzadə, Zülfüqar Mikayılzadə, Elman Ağayev və Əbülfəz Bünyadov tərəfindən yaradılmış Müsəlmanlar Birliyi Hərəkatı təxribatçılıq niyyətinə malik olan silahlı bir terror qrupudur.
Qeyd edək ki, Zülfüqar Mikayılzadə bir din xadimi olmaqdan əlavə, Qurani-Kərim hafizi və Quran ayələri və hədislərin şərhi sahəsində bir ustaddır.