Azərbaycan müdafiə naziri cəbhə bölgəsində olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i227107-azərbaycan_müdafiə_naziri_cəbhə_bölgəsində_olub
Azərbaycan müdafiə naziri İrəvanın müharibə təhdidlərinin ardınca, cəbhə bölgəsinə səfər edib və əsgərlər və hərbi hissələrin imkanları ilə yaxından tanış olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2016 05:39 Asia/Baku
  • Azərbaycan müdafiə naziri cəbhə bölgəsində olub
    Azərbaycan müdafiə naziri cəbhə bölgəsində olub

Azərbaycan müdafiə naziri İrəvanın müharibə təhdidlərinin ardınca, cəbhə bölgəsinə səfər edib və əsgərlər və hərbi hissələrin imkanları ilə yaxından tanış olub.

Virtualaz.org-un məlumata görə, ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi- psixoloji hazırlığı ilə tanış olub, komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib.

1994-cü il may ayından Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub. Lakin Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun vasitəçiliyi bu münaqişənin həlli ilə nəticələnməmişdir.