Azərbaycan beynəlxalq insan haqları təşkilatlarını tənqid edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i227134-azərbaycan_beynəlxalq_insan_haqları_təşkilatlarını_tənqid_edib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov beynəlxalq insan haqları təşkilatlarının mövqeyini tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2016 07:48 Asia/Baku
  • Azərbaycan beynəlxalq insan haqları təşkilatlarını tənqid edib
    Azərbaycan beynəlxalq insan haqları təşkilatlarını tənqid edib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov beynəlxalq insan haqları təşkilatlarının mövqeyini tənqid edib.

Trend-in məlumatına görə Səməd Seyidov Ermənistanda hökumət əleyhinə aksiyaların davam etməsinə toxunaraq deyib: Beynəlxalq insan haqları təşkilatları Azərbaycana bu qədər iradlar bildirmələrinə baxmayaraq, İrəvanda Ermənistan vətəndaşlarının insan haqlarının pozulması qarşısında sükut edirlər. 

Səməd Seyidov həmçinin bildirib: Beynəlxalq insan haqları təşkilatlarının sükutunun səbəbi bu təşkilatların erməni lobbisi tərəfindən idarə olunmasıdır. 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ermənistanın həbs və vətəndaşların hüquqlarını tapdaladığını bəyan edərək xatırladıb: Bu ölkədə demokratiya yoxdur. 

Səməd Seyidovun İrəvanın siyasətləri və beynəlxalq təşkilatları tənqid etdiyi bir halda, Azərbaycan vətəndaşlarının aksiya keçirmək haqqı yoxdur və aksiya keçirildiyi halda əsassız ittihamlarla həbs olunur və işgəncə edilir.