Azərbaycan və İran Rəşt dəmir yolunu birgə maliyyələşdirəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i228673-azərbaycan_və_İran_rəşt_dəmir_yolunu_birgə_maliyyələşdirəcək
“Viza rejiminin aradan qaldırılması iki ölkə arasında əlaqələrinin inkişafında mühüm rol oynayar”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2016 14:46 Asia/Baku
  • Azərbaycan və İran Rəşt dəmir yolunu birgə maliyyələşdirəcək
    Azərbaycan və İran Rəşt dəmir yolunu birgə maliyyələşdirəcək

“Viza rejiminin aradan qaldırılması iki ölkə arasında əlaqələrinin inkişafında mühüm rol oynayar”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

H. Ruhani bildirib ki, Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun birləşdirilməsi çox mühümdür: “Sonrakı mərhələdə Astara-Rəşt dəmir yolunun çəkilməsi vacibdir. Azərbaycan və İran Rəşt dəmir yolu layihəsində 50 faiz olmaqla müştərək iştirak edəcək, bərabər səviyyədə bu layihəni maliyyələşdirəcək”.