İran prezidenti Azərbaycanın din xadimləri ilə görüşüb
-
İran prezidenti Azərbaycanın din xadimləri ilə görüşüb
İran İslam Respublikası prezidenti dünən Azərbaycanın din xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşüb.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, Həsən Ruhani bu görüşdə din, mənəviyyat və İslam peyğəmbərini(s.ə.s) iki ölkənin müsəlman əhalisi arasında birlik və qarşılıqlı marağın başlıca amili adlandırıb və deyib: Bu ortaqlıqlar iki ölkə əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi üçün münasib atmosfer yaradıb.
Həsən uhani iki qonşu və müsəlman ölkə arasındakı iqtisadi əlaqələri və əməkdaşlıqları bir növ ibadət adlandırıb və deyib: İki ölkə arasında əlaqələri daha da möhkəmləndirmək və İslam düşmənlərini məyus etmək üçün münasib bir şərait var.
İran İslam Respublikası prezidenti əlavə edib: Təəssüflər olsun ki, İslam dünyası bir sıra problemlərlə üz-üzədir və bu problemlərin kökləri İslam düşmənlərinə qədər uzanır. Onlar müsəlmanlar arasında ixtilaf törətmək və bir qrup insanı silahlandırmaqla müsəlmanlar arasında qırğınlar törədirlər. Belə bir vəziyyətdə ruhanilər və ziyalıların üzərinə böyük vəzifə düşür.
Cənab Ruhani məzlumları himayəni İranın siyasətlərindən adlandırıb və deyib: İslam dinini sözün əsl mənasında tanıtdırmaqla müsəlmanlar arasında birliyə və həmrəyliyə nail olmaq olar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də bu görüşdə İran və Azərbaycan xalqları arasındakı əlaqələrin dərin köklərə malik olduğunu deyərək, dini və mədəni ortaqlıqların əsas qərar verilməsini və əlaqələrin inkişaf etdirilməsini vurğulayıb.
Paşazadə Azərbaycanın öz müstəqilliyini əldə etməsindən sonra ölkədə məscidlərin tikilməsi sahəsində görülən işlər haqda da deyib: Müstəqillikdən öncəki dövrdə ölkədə 17 məscid var idisə, bu gün onların sayı 2000-ə çatıb.
QMİ sədri təkfirçilər və İŞİD-in müsəlmanlar arasında ixtilaf törətməsinə də işarə edərək, düşmənlərin fitnələri qarşısında aıq olmağı zəruri adlandırıb.
Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaq Nejad da bu görüşdə Azərbaycan xalqının dinə olan marağına işarə edib və deyib: düşmənlərin İslam dinini zəiflətmək üzrə səylərini nəzərə alaraq, din alimlərinin üzərinə ağır məsuliyət düşür.