Rusiya, İran və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üçün tədbirlər görəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i228793-rusiya_İran_və_azərbaycan_Şimal_cənub_dəhlizinin_inkişafı_üçün_tədbirlər_görəcək
Azərbaycan, Rusiya və İran nəqliyyat infrastrukturunun, o cümlədən “Şimal-Cənub” dəhlizinin inkişafı üçün tədbirlər görəcək. Bu barədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2016 10:51 Asia/Baku
  • Rusiya, İran və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üçün tədbirlər görəcək
    Rusiya, İran və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üçün tədbirlər görəcək

Azərbaycan, Rusiya və İran nəqliyyat infrastrukturunun, o cümlədən “Şimal-Cənub” dəhlizinin inkişafı üçün tədbirlər görəcək. Bu barədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilir.

“Tərəflər iqtisadi cəhətdən sərfəli və ətraf mühit üçün ekoloji cəhətdən təhlükəsiz olan nəqliyyat infrastrukturunun yaradılmasına yönələn regional nəqliyyat və rabitə imkanlarının inteqrasiyası üçün səylərini dəstəkləmək niyyətindədir. Tərəflər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanlarını yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat-rabitə infrastrukturunun inkişafı üçün effektli addımlar atmaq niyyətindədir”, - deyə bəyannamə layihəsində vurğulanıb.

Bəyannamədə həmçinin qeyd olunub ki, rəsmi Tehran, Moskva və Bakı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin effektivliyini artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırmaq niyyətindədir.