İran, Rusiya və Azərbaycan prezidentlərinin bəyanatı
https://azeri.sahartv.ir/news/azərbaycan-i228880-İran_rusiya_və_azərbaycan_prezidentlərinin_bəyanatı
İran İslam Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri bazar ertəsi günü Bakıda üçtərəfli sammitin yekun bəyanatında terrorizm qarşısında hərtərəfli və tam müqavimətin zəruriliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2016 04:57 Asia/Baku
  • İran, Rusiya və Azərbaycan prezidentlərinin bəyanatı
    İran, Rusiya və Azərbaycan prezidentlərinin bəyanatı

İran İslam Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri bazar ertəsi günü Bakıda üçtərəfli sammitin yekun bəyanatında terrorizm qarşısında hərtərəfli və tam müqavimətin zəruriliyini vurğulayıblar.

Rusiya, İran və Azərbaycan prezidentləri Vladimir Putin, Həsən Ruhani və İlham Əliyev bazar ertəsi günü Bakıda keçirilən üçtərəfli sammitin sonunda bəyanat verərək bildiriblər: Sammit iştirakçıları terrorizm və radikallıq qarşısında hərtərəfli və tam mübarizədə qətiyyətlidir. 

İRİB-in məlumatına görə, bu bəyanatda həmçinin bildirilir: Biz beynəlxalq ictimaiyyətdən beynəlxalq stabillik və təhlükəsizlik yolu qarşısında duran hazırkı problem və təhdidlərlə təsirli mübarizə üçün öz səylərini koordinasiya etməsini istəyirik. 

İran, Azərbaycan və Rusiya prezidentləri həmçinin iqtisadi və ticarət əlaqələrinin də genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu bəyanatda üç ölkə bərabər, qarşılıqlı hörmət, digərlərinin daxili məsələlərinə müdaxilə etməmək prinspilərinə əsasən öz dövlətləri arasında əlaqələri vurğulayıblar. 

Azərbaycan, İran və Rusiya prezidentləri Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi olduğunu qeyd edərək Xəzər dənizinin hüquqi statusunun tez bir zamanda yekunlaşması və təsdiqlənməsinin əhəmiyyətini vurğulayıblar.