Qarabağ münaqişəsi regionun inkişafına maneədir
https://azeri.sahartv.ir/news/azərbaycan-i228883-qarabağ_münaqişəsi_regionun_inkişafına_maneədir
Azərbaycan Respublikası xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionun inkişafına mane olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2016 04:57 Asia/Baku
  • Qarabağ münaqişəsi regionun inkişafına maneədir
    Qarabağ münaqişəsi regionun inkişafına maneədir

Azərbaycan Respublikası xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionun inkişafına mane olduğunu bildirib.

Trend-in məlumatına görə, Elmar Məmmədyarov ötən gecə iranlı və rus həmkarları Məhəmməd Cavad Zərif və Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib: Qarabağ münaqişəsinin həll olunmaması və Azərbaycan və Ermənistan arasında gərginliyin davam etməsi regionun hərtərəfli inkişafına mane olmuşdur. 

Elmar Məmmədyarov mətbuat konfransında həmçinin bildirib: Qarabağ münaqişəsi beynəlxalq prinsip və qanunlara əsasən həll olunmalıdır.