İran, Azərbaycan və Rusiya prezidentlərinin sammiti mediyada geniş rezonans doğurub
https://azeri.sahartv.ir/news/azərbaycan-i229078-İran_azərbaycan_və_rusiya_prezidentlərinin_sammiti_mediyada_geniş_rezonans_doğurub
Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının prezidentlərinin Bakı sammiti müxtəlif ölkələrin mediyalarında geniş rezonans doğurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2016 10:16 Asia/Baku
  • İran, Azərbaycan və Rusiya prezidentlərinin sammiti mediyada geniş rezonans doğurub
    İran, Azərbaycan və Rusiya prezidentlərinin sammiti mediyada geniş rezonans doğurub

Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının prezidentlərinin Bakı sammiti müxtəlif ölkələrin mediyalarında geniş rezonans doğurub.

Üç tərəfli Bakı sammitinin xəbərlərinin yayılması üçün İran, Rusiya və Azərbaycandan 100 jurnalist sammitin keçirildiyi yerdə peşəkar fəaliyyət göstərib. 

Mediya mənsublarının səyləri nəticəsində hər üç prezidentin çıxışları İranın Xəbər və Səhər televiziyalarından canlı yayımlanmaqla bərabər, Rusiya və Azərbaycan Respublikasının bəzi telekanalları vasitəsi ilə də canlı yayımlanıb və müxtəlif əks-səda doğurub. 

Bir çox mediyalar sammit ilə əlaqədar xüsusi verilişlər, dəyirmi masalar və teledebatlar təşkil edərək bu tarixi əhəmiyyət daşıyan görüşün müxtəlif siyasi və iqtisadi cəhətlərini araşdırıblar. Ekspertlər bu görüşün regionda təhlükəsizlik, inkişaf və nəqliyyata öz töhfəsini verəcəyini bildiriblər. 

Bakı sammiti və İran və Rusiya prezidentlərinin Azərbaycana səfəri bu respublikanın mətbuatı və virtual fəzasında da gözə çarpacaq rezonans doğurub. 

Bu mediyalar öz təhlillərində bu tarixi hadisənin regionda iqtisadi-mədəni əlaqələrin möhkəmlənməsinə, regionda təhlükəsizliyin güclənməsinə və terrorizm ilə mübarizəyə öz töhfəsini verəcəyini bildiriblər, üç tərəfli və regional münasibətlərin genişlənməsinə gətirib çıxaracağını vurğulayıblar.