Qarabağ münaqişəsinin həlli üçün yeni üç tərəfli qrupun təşkili mümkündür
https://azeri.sahartv.ir/news/azərbaycan-i229081-qarabağ_münaqişəsinin_həlli_üçün_yeni_üç_tərəfli_qrupun_təşkili_mümkündür
Türkiyənin xarici işlər naziri Qarabağ münaqişəsinin həllinə yardım üçün Türkiyə-Rusiya və Azərbaycan Respublikasından ibarət üç tərəfli qrupun yaradılmasının mümkün olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2016 10:49 Asia/Baku
  • Qarabağ münaqişəsinin həlli üçün yeni üç tərəfli qrupun təşkili mümkündür
    Qarabağ münaqişəsinin həlli üçün yeni üç tərəfli qrupun təşkili mümkündür

Türkiyənin xarici işlər naziri Qarabağ münaqişəsinin həllinə yardım üçün Türkiyə-Rusiya və Azərbaycan Respublikasından ibarət üç tərəfli qrupun yaradılmasının mümkün olduğunu deyib.

Trend informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Türkiyənin TRT telekanalına verdiyi müsahibəsində deyib: Qarabağ münaqişəsinin həlli istiqamətində gedən müzakirələrə əsasən Azərbaycan Respublikası, Türkiyə və Rusiyadan ibarət üç tərəfli bir qrupun yaradılması mümkündür. 

Mövlud Çavuşoğlu belə bir qrupun nə vaxt təşkil olunacağı və öz fəaliyyətini nə vaxt elan edəcəyi barədə məlumat verməyib.