Azərbaycan istehsalı olan məhsulların İrana ixracı artıb
Avq 31, 2016 08:04 Asia/Baku
-
Azərbaycan istehsalı olan məhsulların İrana ixracı artıb
İrandan Azərbaycana ixracın həcmi ötən il bütövlükdə 232 milyon dollar təşkil etsə də, bu il artıq 187 milyon dollar həcmində ixrac reallaşıb.
Bunu İranın Azərbaycandakı ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə deyib.
M.İ.Nağızadə, həmçinin Azərbaycandan İrana ixracatın artdığını bildirib: "Bu ilin birinci yarısında Azərbaycan İrana 15 milyon dollar həcmində mal ixrac edib".
Ticarət attaşesi bu inkişafı heyranedici adlandırıb.
Bununla yanaşı, o, İranın əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Teqlər