Rəsmi Bakı sərhədlərdən keçid üçün əlavə sadələşdirmələr tətbiq edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i232580-rəsmi_bakı_sərhədlərdən_keçid_üçün_əlavə_sadələşdirmələr_tətbiq_edir
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin dövlət sərhəd buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı tapşırığı ilə bu ölkənin digər ölkələr, xüsusilə İranla sərhəd buraxılış məntəqələri üçün əlavə sadələşdirmələr tətbiq olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2016 06:49 Asia/Baku
  • Rəsmi Bakı sərhədlərdən keçid üçün əlavə sadələşdirmələr tətbiq edir
    Rəsmi Bakı sərhədlərdən keçid üçün əlavə sadələşdirmələr tətbiq edir

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin dövlət sərhəd buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı tapşırığı ilə bu ölkənin digər ölkələr, xüsusilə İranla sərhəd buraxılış məntəqələri üçün əlavə sadələşdirmələr tətbiq olunur.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin dövlət sərhəd buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi  ilə bağlı tapşırığı ilə bu ölkənin İran İslam Respublikası, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası və Gürcüstanla sərhəd buraxılış məntəqələrində əlavə sadələşdirmələr tətbiq olunacaq. 

Bu tapşırığa əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gömrük Komitəsi, sərhəd qüvvələri və Dövlət Miqrasiya İdarəsi bu ölkənin İran, Rusiya, Türkiyə və Gürcüstanla sərhəd buraxılış məntəqələrində xarici vətəndaşların sürətli keçidini təmin etmək üçün mövcud qanunların təkmilləşdirilməsi istiqamətndə öz təkliflərini 3 ay ərzində Azərbaycan prezidentinə təqdim etməlidirlər. 

Azərbaycan Respublikasının rəsmi məlumatlarına görə, hər il İran, Rusiya, Gürcüstan və Türkiyədən 2 milyona yaxın insan Azərbaycana səfər edir.