Bakıda şahmat üzrə 42-ci beynəlxalq olimpiada başlanıb
-
Bakıda şahmat üzrə 42-ci beynəlxalq olimpiada başlanıb
Bakının Kristal Hall zalında şahmat üzrə 42-ci beynəlxalq olimpiada başlanıb.
IRIB-nin məlumatına görə, bu yarışlarda 182 kişi və 142 qadın komandası, bütövlükdə isə 176 ölkədən iki mindən çox şahmatçı rəqabət aparacaq.
İrandan da on şahmatçı, kişi və qadın komandaları tərkibində bu beynəlxalq olimpiadada iştirak edir.
Pərham Maqsudlu, Ehsan Qaem Məqami, Şahin Lər Pəri Zəngənə, Əlirza Firuzca və Aryən Qolami kişi, Sara Sadat Xadem Əlşəriə, Atusa Purkaşiyan, Mitra Hacipur, Qəzəl Həkimifərd və Homa Ələvi də qadınlar üzrə İranın yığma komandalarını bu beynəlxalq yarışlarda təmsil edirlər.
Şahmat üzrə bu beynəlxalq olimpiadanın ilk günündə İranın kişilərdən ibarət milli komandası Botsvana, qadın yığmamız isə Qvatemala şahmatçıları ilə rəqabət aparıblar.
İran komandalarının başçısı Əfşin Tehrani yarışların keyfiyyət səviyyəsini son dərəcə yüksək adlandırıb və deyib ki, yarış cədvəlində dünyanın ən yaxşı şahmatçılarının adlarını görmək olar.
O, əlavə edib: Reytinq cədvəlində İranın kişilərdən ibarət milli komandası qırx altıncı, qadın yığmamız isə on üçüncü yerlərdə dururlar.
Bu beynəlxalq olimpiadanın keçirilməsilə bir vaxtda Bakıda 183 ölkənin nümayəndələrinin iştirakı ilə Beynəlxalq Şahmat Federasiyası-FİDE-nin konqresi təşkil olunacaq.
Bu yarışlar İsveçrə üsulu ilə on bir turda sentyabrın 14-dək davam edəcək.