Bakıda şahmat üzrə ümumdünya olimpiya yarışlarında iranlı şahmatçılar da rəqabət aparırlar
Sen 04, 2016 12:26 Asia/Baku
-
Bakıda şahmat üzrə ümumdünya olimpiya yarışlarında iranlı şahmatçılar da rəqabət aparırlar
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının davamında bu gün rəqabətlərin üçüncü turunda İranın kişilər üzrə yığması Yunanıstan, qadınlar üzrə yığması isə Latviya komandası ilə rəqabət aparacaq.
İRİB-nin Bakıdan verdiyi məlumata görə,İranın qadınlar üzrə yığma komandası rəqabətlərin ikinci turunda Sinqapurun qarşısında 3-1 hesabı ilə qalib gəlib , Kişilər üzrə şahmat komandası isə Gürcüstanla yarışlarda 2-2 hesabı ilə bərabər nəticə əldə edib.
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası 176 ölkədən 182 kişi, 142 qadın komandalarının iştirakı ilə cümə günündən Bakıda öz işinə başlayıb və 12 gün müddətinə davam edəcək. İrandan yarışlara qadın və kişi komandaları olaraq 10 şahmatçı qatılıb.