Azərbaycan R. vətəndaşlarının Məşhədə səfərləri artıb
Azərbaycan Respublikası vətəndaşları Məşhədə gələn xaricilər arasında ikinci yerdə dururlar.
İranın Xorasane Rəzəvi ostanının Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının baş müdiri Hüseyn Zaresefət IRNA ilə müsahibədə son bir ildə Məşhədə gəlmiş xarici turistlərin sayını beş milyon iki yüz min nəfər elan edib və bildirib ki, bu müddətdə Azərbaycan Respublikası bir milyondan çox müsafirlə bu böyük dini şəhərə səfər edən xaricilər arasında ikinci yeri özünə aid edibdir.
O, əlavə edib: Məşhədə gələn xarici turistlər arasında birinci yer bir milyon dörd yüz min müsafirlə iraqlı müsafirlərə aiddir.
Məşhəd-Bakı birbaşa hava reysinin açılması belə bir fürsət yaradıbdır ki, Azərbaycan Respublikasından və Qafqaz bölgəsi ölkələrinin bir hissəsindən olan İmam Rza(ə)-ın nurlu ziyarətgahının vurğunları Bakı vasitəsilə keçmişdəkindən daha asan şəkildə Məşhədə səfər etsinlər.
Hazırda iranlı və xarici aviaşirkətlər vasitəsilə Məşhəd-Bakı istiqamətində hər həftə gediş-gəliş formasında üç uçuş həyata keçirilir və bu yolla hər həftə Bakıdan Məşhədə orta hesabla 450-550 müsafir daxil olur.