İranın Azərbaycan R-dakı səfirinə media fəxri diplomu verilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i233861-İranın_azərbaycan_r_dakı_səfirinə_media_fəxri_diplomu_verilib
İran İslam Respublikasının Azərbaycan R-dakı səfirinə media fəxri diplomu verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2016 05:03 Asia/Baku
  • İranın Azərbaycan R-dakı səfirinə media fəxri diplomu verilib
    İranın Azərbaycan R-dakı səfirinə media fəxri diplomu verilib

İran İslam Respublikasının Azərbaycan R-dakı səfirinə media fəxri diplomu verilib.

IRNA-nın məlumatına görə, Azərbaycan Respublikası Mətbuat Şurasının fəxri diplomu dünən Bakı ilə Tehran arasında təsiredici əlaqələr yaratdığına görə, İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pak Ayinə təqdim olunub.

Azərbaycan Respublikasının çoxtirajlı qəzetlərinin təsisçilərindən bir qrupunun iştirakı ilə keçirilən şuranın bu xüsusi yığıncağında Milli Məclisin üzvü və Mətbuat Şurasının sədri Əflatun Amaşov İran səfirinin medialarla əlaqə tərzini müsbət adlandıraraq, ona minnətdarlıq edibdir.

Amaşov deyib: Azərbaycan Respublikası ilə İran İslam Respublikasının baxışlarının daha da yaxınlaşdırılması və anlaşılmazlıqların aradan götürülməsində bu kimi əlaqələrin təsiri olduqca səmərəli olubdur.

Amaşov həmçinin iki ölkə arasında idman yarışlarının keçirilməsi, heyətlər mübadiləsi və təlim kurlsarının təşkili yolu ilə media anlaşmalarının gücləndirilməsini istəyib.

Yeni Müsavat qəzetinin təsisçisi Rauf Arifoğlu da deyib: İran Azərbaycan Respublikası üçün özəl bir ölkədir və İslam İnqilabının Böyük Rəhbəri, eləcə də İranın dini mərcələri Azərbaycan Respublikası xalqı üçün möhtərəmdirlər.

Möhsün Pak Ayin bu yığıncaqda fəxri diplom almasından məmnunluq ifadə edərək, hazırkı dövrü informasiya dövrü, medianı da dünya ölkələrinin yumşaq qüdrəti adlandırıb və bildirib ki, mediadan düzgün istifadə ilə ölkələrin ixtilaflarını azaltmaq, dünyada sülhün bərqərarına və dostluğa səbəb olmaq olar.

Pak Ayin on azəri media heyəti və təqribən yüz müxbir və kinooperatorun İrana, eləcə də İrandan çoxlu sayda media heyətinin Azərbaycan Respublikasına göndərilməsinin iki ölkə xalqı və rəsmilərinin digər ölkənin reallıqlarını tanımalarına səbəb olduğunu bildirib və belə deyib: Çalışmaq lazımdır ki, üçüncü ölkələrin xəbər və məlumatlarından asılı olmayaq və ikitərəfli informasiya mübadiləsi ilə öz milli maraqlarımızı təmin etmiş olaq.