Azərbaycan R-da Qurban bayramı ənənələri
Azərbaycan Respublikasında səadətli Qurban bayramı xas ənənələrə malikdir.
IRIB-nin məlumatına görə, Azərbaycan Respublikasının mömin xalqı bu ölkənin istiqlaliyyətindən sonra Qurban bayramı namazının qılınmasını ihali bərəkətlərdən bilir.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Fuad Nurullayev bütün şəhər və kənd məscidlərində Qurban bayramı namazının əzəmətlə qılınmasına toxunaraq, deyib: Ölkəmizin istiqlaliyyətindən öncə, sabiq SSRİ-nin repressiya dövründə müsəlmanlar dini mərasimləri keçirməkdə problemlərlə üzləşirdilər ki, hazırda bu mərasimlər Qurban bayramı kimi azad şəkildə və xas bir şövqlə şiə və sünni müsəlmanların iştirakı ilə keçirilir.
Azərbaycan Respublikasında möminlər Qurban bayramı namazı qıldıqdan sonra nəfsani həvəslərdən qurtulmaq və tövhidin gözəl simasını nümayiş etdirərək, ilahi göstərişlər qarşısında nəfsi əmmarəni qurban etmək nişanəsi kimi qurban kəsir və onun ətini ehtiyaclılar arasında paylayaraq, İbrahim(ə) ənənəsinin davam etdirilməsini vurğulayırlar.
Müxtəlif yemək və şirniyyatın hazırlanması, təbrik demək üçün böyüklərin yanına getmək, təzə paltar geyinmək və əzizlərin evlərinə hədiyyənin göndərilməsi Azərbaycan Respublikasında Qurban bayramı ənənələrindəndir ki, bəzi məntəqələrdə diri qoyun xas şəkildə bəzədilərək, təzə gəlinin evinə göndərilir.
Əlavə edək ki, bu il Qurban bayramı münasibətilə Azərbaycan Respublikasında iki gün rəsmi tətil elan olunub.