Azərbaycanda 42-ci Şahmat Dünya Olimpiyadası sona çatıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i234683-azərbaycanda_42_ci_Şahmat_dünya_olimpiyadası_sona_çatıb
Dünyanın 176 ölkəsindən iki mindən çox şahmatçının iştirakı ilə keçirilən dünya səviyyəli rəqabət sona çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2016 16:51 Asia/Baku
  • Azərbaycanda 42-ci Şahmat Dünya Olimpiyadası sona çatıb

Dünyanın 176 ölkəsindən iki mindən çox şahmatçının iştirakı ilə keçirilən dünya səviyyəli rəqabət sona çatıb.

İRİB-in Bakıdan verdiyi məlumata görə, bu yarışların nəticəsində, qadınlarda Çin 1-ci yeri tutub, Polşa və Ukrayna iki və üçüncü yerləri bölüşdürüblər.

Sərbəst bölmədə isə ABŞ birinci yeri tutub və Ukrayna və Rusiya müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

İranın kişilərdən ibarət yığması da sərbəst bölmədə Çili yığmasını məğlub edərək olimpiyadanın 16-cı sırasında qərarlaşıb və 1-ci B qrupunda çempion olub.

İranın qadınlardan ibarət yığma komandası isə 12-ci turda Azərbaycan yığmasını məğlub etdikdən sonra idman olimpiyasında 11-ci yeri tutub.

İranın Şahmat Federasiyasının prezidenti Mehrdad Pəhləvanzadə dünyanın güclü şahmatçılarının iştirakını nəzərə alaraq keçirilən yarışların yüksək səviyyədə olduğunu bildirib: Ötən olimpiyalarda çempionluq titulunu qazanmış Rusiya, ABŞ, Hindistan, Çin və Ukrayna kimi önəmli komandalar bu yarışlarda iştirak etdirdi və bu olimpiya əslində şahmat idmanında böyük idman olayı hesab olunur.

Beynəlxalq Olimpiyanın keçirilməsi ilə yanaşı Bakıda Şahmat Dünya Konqresi də təşkil olunub. Bu konqresin araşdırma komitələrində İranın 8 şahmatçısı qrossmeyster adını qazanıb.

Dünya Şahmat Federasiyasının vitse-prezidenti Məhəmməd Cəfər Kambuzya bu barədə deyib: dünya Şahmat Konqresində 3 iranlı şahmatçının qrossmeysterlik adının təsdiqlənməsi ilə İranın grossmeyster şahmatçısının sayı 17 nəfərə çatıb. Araşdırmalar və iranlı şahmatçıların şəraitini nəzərə alaraq bu say gələn ilin əvvəlinə qədər 26 nəfərə yüksələcək.

Dünya Şahmat Federasiyasının inkişaf komitəsinin bildirdiyinə görə, İran İslam Respublikası son illərdə şahmatda çoxlu nailiyyətlər əldə etmiş üç ölkədən biridir.

Qeyd edək ki, Norveçdə keçirilən Dünya Şahmat Olimpiyadasının ötən dövründə İranın kişilərdən ibarət yığma komandası 48 və qadınlardan ibarət yığma isə 20-ci yeri tutmuşdu. Belə ki, builki olimpiyadada əldə olunan nəticələr İranın şahmatda inkişafa nail olduğunu əks etdirir.