BMT beynəlxalq nəzarətçilərin Qarabağa daxil olmalarına qarşı qadağaya etiraz edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i234887-bmt_beynəlxalq_nəzarətçilərin_qarabağa_daxil_olmalarına_qarşı_qadağaya_etiraz_edib
BMT komissarı Ermənistanın beynəlxalq nəzarətçilərin qondarma Qarabağ respublikasına daxil olmalarına mane olmasına etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2016 09:57 Asia/Baku
  • BMT beynəlxalq nəzarətçilərin Qarabağa daxil olmalarına qarşı qadağaya etiraz edib
    BMT beynəlxalq nəzarətçilərin Qarabağa daxil olmalarına qarşı qadağaya etiraz edib

BMT komissarı Ermənistanın beynəlxalq nəzarətçilərin qondarma Qarabağ respublikasına daxil olmalarına mane olmasına etiraz edib.

APA-nın məlumatına görə, BMT-nin insan haqları üzrə baş komissarı Zeyd Rəəd Əlhusyen dünən bu təşkilatın İnsan Haqları Şurasının 33-cü iclasında BMT nəzarətçilərinin Krım, Abxaziya, Cənubi Osetiya və Qarabağa daxil olmalarına qoyulmuş qadağaya toxunaraq, deyib: BMT nümayəndələrinin bu məntəqələrə gedən yollarının baglanması, eləcə də xəbər və informasiyaların yayılmasının qarşısının alınması bu məntəqələrdəki gizlilikdən xəbər verir.

Qeyd edək ki, İnsan Haqları Şurası BMT sistemində dövlətlərarası bir heyətdir və bütün dünyada insan haqlarının himayəsi və qorunmasının gücləndirilməsi, insan haqlarının pozulması vəziyyətinə baxılması və onun üçün tövsiyələrin təqdim edilməsi üzrə məsuliyyət daşıyır.

Bu şura Baş Assambleya tərəfindən seçilən BMT-yə üzv 47 ölkədən təşkil olunub.