İran və Azərbaycanın iradəsi əlaqələrin genişləndirilməsidir
https://azeri.sahartv.ir/news/azərbaycan-i235787-İran_və_azərbaycanın_iradəsi_əlaqələrin_genişləndirilməsidir
İran İslam Respublikasının Azərbaycandakı səfiri Bakıda keçirilən "İran Proyekt" adlı ikinci ixtisaslaşdırılmış İran sərgisini iki ölkə əlaqələrinin bütün sahələr o cümlədən iqtisadi əməkdaşlıqlar üzrə genişləndirilməsindəki iradənin nişanəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2016 14:40 Asia/Baku
  • İran və Azərbaycanın iradəsi əlaqələrin genişləndirilməsidir
    İran və Azərbaycanın iradəsi əlaqələrin genişləndirilməsidir

İran İslam Respublikasının Azərbaycandakı səfiri Bakıda keçirilən "İran Proyekt" adlı ikinci ixtisaslaşdırılmış İran sərgisini iki ölkə əlaqələrinin bütün sahələr o cümlədən iqtisadi əməkdaşlıqlar üzrə genişləndirilməsindəki iradənin nişanəsi adlandırıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İranın Bakıdakı səfiri Möhsün Pakayin bazar ertəsi günü 2-ci ixtisaslaşdırılmış "İran Proyekt" sərgisinin açılış mərasimində deyib: Azərbaycan və İran dövlətlərinin iradəsi ikitərəfli əlaqələrin bütün sahələr üzrə o cümlədən iqtisadi əməkdaşlıqların genişləndirilməsidir.

M.Pakayin Bakıda keçirilən 2-ci "İran Proyekt" sərgisində İranın tikinti, kənd təsərrüfatı, yol çəkmə, neft və qaz sahələrində fəaliyyət göstərən şirkətlərinin iştirak etdiyini deyərək, vurğulayıb: Bu sərginin keçirilməsi ilə paralel olaraq aparılan müzakirələr iki ölkə arasında ticarət müqavilələrinin imzalanmasına və əlaqələrin möhkəmlənməsinə səbəb olacaq.

İranın sənaye, mədən və ticarət nazirinin müavini Cəfər Sərqini də "İran Proyekt" sərgisinin açılış mərasimində deyib: Cari ilin ilk 7 ayında İran və Azərbaycan arasında ticarət əlaqələri 70%-lik artıma malik olub.