Bakıda iranlıların yeni təhsil ili başlanıb
Sen 22, 2016 15:43 Asia/Baku
-
Bakıda iranlıların yeni təhsil ili başlanıb
Bakıda iranlıların Vəliyyi-Əsr təhsil kompleksində yeni təhsil ilinə məktəb zənginin səsləndirilməsi ilə start verilib.
İRİB-nin Bakı bürosunun verdiyi məlumata görə, Vəliyyi-fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi və məktəblilərin valideynlərinin iştirakı ilə keçirilən bu mərasimdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakain etdiyi çıxışında 8 illik müqəddəs müdafiə dövründə şəhidlərin və islam döyüşçülərinin fədakarlığını yüksək qiymətləndirərək təhsilin əhəmiyyətini vurğulayıb və deyib: Müasir dövrdə hər hansı ölkənin inkişafı üçün elm lazımdır və məktəblilər inqilabçı əhval-ruhiyyə ilə və inqilab prinsiplərinə diqqətlə elm yolunu davam etməlidirlər.