Beynəlxalq nəzarətçilərin Azərbaycan Respublikasına səfəri başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i236372-beynəlxalq_nəzarətçilərin_azərbaycan_respublikasına_səfəri_başlanıb
Beynəlxalq nəzarətçilər Azərbaycan Respublikası konstitusiyasının islahı üzrə referenduma nəzarət üçün bu ölkənin paytaxtı Bakıya daxil olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2016 09:07 Asia/Baku
  • Beynəlxalq nəzarətçilərin Azərbaycan Respublikasına səfəri başlanıb

Beynəlxalq nəzarətçilər Azərbaycan Respublikası konstitusiyasının islahı üzrə referenduma nəzarət üçün bu ölkənin paytaxtı Bakıya daxil olublar.

Axar.az saytının məlumatına görə, Avstraliyadan olan nümayəndə heyəti cümə günü Bakıya daxil olduqdan sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşüb.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının İctimai Əlaqələr Şöbəsinin məlumatına görə, bu görüşdə bu ölkənin əsas qanununun dəyişdirilməsi haqdakı informasiyalar beynəlxalq nəzarətçilərə təqdim olunub.

Məzahir Pənahovun sözlərinə görə, dünyanın 34 ölkəsindən olan 90 beynəlxalq nəzarətçi Azərbaycan Respublikası konstitusiyasının islahı üzrə referenduma nəzarət edəcək.

Azərbaycan Respublikası konstitusiyasının islahı üzrə referendum xalq müxalifətlərinə və anti-dövlət aksiyalarına rəğmən, bazar ertəsi günü sentyabrın 26-da keçiriləcək.

Rəsmi Bakı bazar ertəsi gününü rəsmi tətil elan edib.

Azərbaycan Respublikası konstitusiyasının islahı üzrə referendum elə bir halda keçirilir ki, müxalif partiyalar və ictimaiyyətin bəzi hissələri bu dəyişiklikləri prezidentliyinin davamı üçün İlham Əliyevin səlahiyyətinin təsdiq edilməsi istiqamətində bilirlər.