Məhərrəmlik ayinləri ilə bağlı daha bir məhdudiyyət
https://azeri.sahartv.ir/news/azərbaycan-i237335-məhərrəmlik_ayinləri_ilə_bağlı_daha_bir_məhdudiyyət
Əksəriyyətini şiə təşkil edən Azərbaycan Respublikasında, hökumət Məhərrəmlik ayinləri ilə bağlı məhdudiyyətləri artırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2016 08:56 Asia/Baku
  • Nardaranda Aşura mərasimi
    Nardaranda Aşura mərasimi

Əksəriyyətini şiə təşkil edən Azərbaycan Respublikasında, hökumət Məhərrəmlik ayinləri ilə bağlı məhdudiyyətləri artırıb.

Trernd-in məlumatına görə, Azərbaycan respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib: "Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir".

Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol verilmir.

Mübariz Qurbanlı Aşura simvollarının da  qadağan olduğunu vurğulayıb: "Müxtəlif dini atributları da nümayiş etdirmək olmaz".