İranın daxili işlər naziri Azərbaycan R. Milli Məclisinin sədrilə görüşüb
-
İranın daxili işlər naziri Azərbaycan R. Milli Məclisinin sədrilə görüşüb
İranın daxili işlər naziri Azərbaycan Respublikasına səfərinin davamında bu gün günortadan öncə bu ölkənin Milli Məclisinin sədri Oktay Əsədovla görüşüb.
IRIB-nin Bakı ofisinin məlumatına görə, bu görüşdə Əbdürreza Rəhmani-Fəzli mədəni, dini və tarixi ortaqlıqlara görə, iki ölkə əlaqələrini ürəkdən gələn bir əlaqə adlandırıb və belə əlavə edib: Çalışmalıyıq ki, əlaqələrin bu inkişafından ikitərfəli əməkdaşlıqların gücləndirilməsindən əlavə, regional həmkarlıqların möhkəmləndirilməsində də istifadə edək.
İranın daxili işlər naziri daha sonra iki ölkə həmkarlıqlarının təhlükəsizlik, eləcə də mütəşəkkil cinayətlər, insan alveri və narkotik maddələrlə mübarizə sahələrində genişləndirilməsini vurğulayıb.
Rəhmani-Fəzli Qarabağ münaqişəsinə toxunub və İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmən tanıdığını bildirərək, söyləyib: Biz bu qənaətdəyik ki, bu məsələ sülh və müzakirə yolu ilə öz həllini tapmalıdır və bu sahədə həmkarlığa hazırıq.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədov da bu görüşdə mədəni, dini və tarixi ortaqlıqlar, eləcə də qonşuluq baxımından, iki ölkənin münasib əlaqələrinə işarə edərək, deyib: İki ölkə prezidentlərinin əzmkarlıq və irədələri də məhz əlaqələrin inkişafına söykənibdir.