İranın daxili işlər naziri Azərbaycan R-nın iqtisadiyyat naziri ilə görüşüb
-
İranın daxili işlər naziri Azərbaycan R-nın iqtisadiyyat naziri ilə görüşüb
İran İslam Respublikasınn daxili işlər naziri və Azərbaycan Respublikasının iqtisadiyyat naziri bir iclasda iki ölkənin iqtisadi həmkarlıqlar sahələrini araşdırıblar.
IRIB-nin Bakı ofisinin məlumatına görə, bu görüşdə Rəhmani-Fəzli və Şahin Mustafayev iqtisadi əməkdaşlıqların genişləndirilməsi sahələrinin və infrastrukturların yaradılması üçün zəminin hazırlanması vacibliyi barədə fikir mübadiləsi aparıblar.
İki ölkənin dəmiryolu xətlərinin inşası və qovuşdurulmasının sürətləndirilməsi, eləcə də Şimal-Cənub dəmiryolu koridoru layihəsinin icrasının sürətləndirilməsi üçün maliyyə təmini və yerin ayrılması ilə bağlı izləmələr iclasda nəzərdən keçirilən digər mövzulardan olub.
İran İslam Respublikasınn daxili işlər naziri bu gün həmçinin Bakıda "Asan Xidmət"in mərkəzlərindən birində olaraq, bu mərkəzin xidmət tərzi ilə tanış olub.