İranın daxili işlər nazirinin Azərbaycana iki günlük səfəri başa çatıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i238103-İranın_daxili_işlər_nazirinin_azərbaycana_iki_günlük_səfəri_başa_çatıb
İranın daxili işlər naziri Azərbaycan Respublikasına iki günlük səfərinin sonunda bu səfəri iki ölkənin Daxili İşlər Nazirlikləri arasında mövcud razılaşmaların qiymətləndirilməsi və yeni əməkdaşlıqlara başlanması üçün münasib fürsət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2016 17:26 Asia/Baku
  • İranın daxili işlər nazirinin Azərbaycana iki günlük səfəri başa çatıb
    İranın daxili işlər nazirinin Azərbaycana iki günlük səfəri başa çatıb

İranın daxili işlər naziri Azərbaycan Respublikasına iki günlük səfərinin sonunda bu səfəri iki ölkənin Daxili İşlər Nazirlikləri arasında mövcud razılaşmaların qiymətləndirilməsi və yeni əməkdaşlıqlara başlanması üçün münasib fürsət adlandırıb.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Əbdürrza Rəhmani Fəzli Bakını Tehran istiqamətində tərk etməzdən öncə Bakı Beynəlxalq Hava limanında İRİB müxbirinə verdiyi müsahibədə Azərbaycan Respublikası prezidenti və bu ölkənin digər rəsmiləri ilə görüşlərinə toxunaraq deyib: Bu görüşlərin müzakirələrində təhlükəsizlik memorandumları çərçivəsində narkotik maddələrlə mübarizə və fövqəladə hadisələrlə əlaqədar məsələlərə diqqət yetirdik və bu anlaşmalara və atılan addımlara yenidən baxdıq. Belə ki, yeni şəraitdə əlaqələrimizdə yeni əməkdaşlıq və fəaliyyətlərə başlayaq.

İki ölkə prezidentlərinin səfər və görüşlərində təsdiqlənən layihələrin araşdırılmasını öz səfər proqramının digər bir hissəsi adlandıran İran daxili işlər naziri deyib: Bu sahədə də mövcud maneələrin həlli məqsədilə fikir mübadiləsi aparıldı və hər iki tərəfin bu layihələri ciddi şəkildə izləməsi qərara alındı.