Azərbaycan məscidlərində Hüseyn (ə) şövq və həyəcanı
-
Azərbaycan məscidlərində Hüseyn (ə) şövq və həyəcanı
Məhərrəm ayının gəlib çatması ilə dünya azadələrinin sərvəri Həzrət Əba Əbdillah əl-Hüseynin (ə) əzadarlıq günlərində Azərbaycanda Aşura məktəbi vurğunları bu ölkə məscidlərində əzadarlıq ayinlərini təşkil etməklə Hüseyn (ə) məktəbinin davam etdirilməsini vurğulayırlar.
İRİB-in Bakıdan verdiyi məlumata görə, hər gecə məscidlərdə keçirilən bu ayinlərdə natiqlər də Aşura fəlsəfəsi və Həzrət İmam Hüseynin (ə) məqsədlərini bəyan edirlər.
Yeniyetmələr və gənclərin məscidlərdə gözəçarpacaq iştirakı onların Kərbəla səhrasının batmayacaq günəşi və Aşura məktəbinin yüksək təlimlərinə olan sonsuz sevgisini əks etdirir.
Bu gənclərdən bir çoxu İRİB müxbirinə verdiyi müsahibədə Aşura məktəbini insanların qaranlıqlardan xilasının yeganə yolu hesab edir.