İranın Mahan Air Şirkəti Tehran-Bakı uçuşunun icazəsini aldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i238736-İranın_mahan_air_Şirkəti_tehran_bakı_uçuşunun_icazəsini_aldı
Azərbaycan Respublikasının Hava Yolları Dövlət Konserni İran İslam Respublikasının Mahan Air Şirkətinin sərnişin təyyarələrinin Tehran-Bakı və əks istiqamətdə uçuşuna icazə verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2016 11:20 Asia/Baku
  • İranın Mahan Air Şirkəti Tehran-Bakı uçuşunun icazəsini aldı

Azərbaycan Respublikasının Hava Yolları Dövlət Konserni İran İslam Respublikasının Mahan Air Şirkətinin sərnişin təyyarələrinin Tehran-Bakı və əks istiqamətdə uçuşuna icazə verib.

İRNA-nın məlumatına görə, Azərbaycan Respublikası Hava Yolları Şirkəti AZAL-ın mətbuat xidməti şənbə günü bu xəbəri təsdiqləyərək bildirib: Mahan Air Şirkəti təyyarələrinin Tehran-Bakı istiqamətində uçuşları 31 oktyabrdan başlanacaq.

Məlumata görə, Mahan Air şirkətinin sərnişin təyyarələri həftədə üç gün, bazar, çərşənbə axşamı və çərşənbə günləri Tehran-Bakı və əks istiqamətində uçuşlar keçirəcək.

Hal-hazırda Azərbaycanın AZAL Şirkəti və İranın Ata Air şirkəti bu istiqamətlərdə uçuşlar həyata keçirirlər.