Gəncədə daha bir inanclı həbs edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i239093-gəncədə_daha_bir_inanclı_həbs_edildi
Gəncədə bu gün daha bir dindar həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2016 11:16 Asia/Baku
  • Azad Əliyev
    Azad Əliyev

Gəncədə bu gün daha bir dindar həbs olunub.

İslamazeri.az-a Gəncədən verilən məlumata görə, bu gün Azad Əliyev adlı dindar polis tərəfindən saxlanılaraq məhkəməyə aparılıb.

Ona 20 sutka həbs cəzası veriblər.

Gəncə dindarları isə həbsi Gəncədə təşkil olunacaq Aşura mərasimlərilə əlaqələndiriblər. Onların sözlərinə görə, ötən il Tasua və Aşura yürüşlərinin qarşısı alındığı kimi, bu il də yürüşlərin qarşısının alınması üçün hazırlıqlar gedir. Xatırladaq ki, 4-5 gün öncə Gəncə dindarlarından olan Tahir Abbasova 15 sutka hyəbs cəzası verilmişdi.

 

Qeyd edək ki, Gəncə hətta Sovet dövründə belə Məhərrəmlik mərasimlərinin keçirildiyi şəhərlərdən olub. Müstəqillikdən sonra isə, Gəncədəki İmamzadə və digər məscidlərdə böyük mərasimlər təşkil olunmuş, yürüşlər təşkil edilməkdədir. Ötən il isə, Gəncə əhalisi yürüşlər öncəsi qarşıdurmaların şahidi olmuşdu.