Aşura qadağaları sərtləşib
https://azeri.sahartv.ir/news/azərbaycan-i239138-aşura_qadağaları_sərtləşib
Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2016 16:25 Asia/Baku
  • Aşura qadağaları sərtləşib
    Aşura qadağaları sərtləşib

Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

S.Bağırov bildirib ki, oktyabrın 12-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.