Jurnalistlər məscidlərə buraxılmadılar...
https://azeri.sahartv.ir/news/azərbaycan-i239621-jurnalistlər_məscidlərə_buraxılmadılar...
Aşura günü ilə əlaqədar matəm mərasimlərinin keçirildiyi məscidlərə jurnalistlərin girişinə icazə verilməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2016 11:45 Asia/Baku
  • Jurnalistlər məscidlərə buraxılmadılar...
    Jurnalistlər məscidlərə buraxılmadılar...

Aşura günü ilə əlaqədar matəm mərasimlərinin keçirildiyi məscidlərə jurnalistlərin girişinə icazə verilməyib.

Müsavat Partiyasının internet portalında  yer alan məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları jurnalistlərin məscidlərə daxil olmaları və əzadarlıq mərasimlərindən reportaj hazırlamalarına icazə verməyiblər. 

Bu məlumata görə, Bakı şəhərinin ətrafında yerləşən Buzovna qəsəbəsinin sakini Müsavatın müxbirinə deyib: Qəsəbədəki bütün məscidlər lisenziyalarının olmamasına görə bağlanıb və qəsəbədə fəaliyyət göstərən yeganə məscid Cümə məscididir. Amma, jurnalistlər bu məscidə buraxılmırlar və bizi bu məscidin bağlanması ilə təhdid edirlər. 

Bu ildən etibarən Azərbaycanda əzadarlıq mərasimlərinin məscidlərdən kənarda keçirilməsi və əzadarlıq dəstələrinin küçələrdə hərəkəti məhdudlaşdırılıb. Qanun pozuntuları isə nağd cərimə və ya həbs ilə cəzalandırılır. 

Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bazar günü bildirdi ki, əzadarlıq mərasimlərinin məscidlərdən kənarda, hüseyniyələrdə, evlərdə və ya küçələrdə keçirilməsi qanunla qadağan edilib və yeni bildirişə əsasən əzadarlıq mərasimləri sadəcə məscidlərdə keçirilməlidir.