Pakistanın Azərbaycan Respublikası ilə hərbi həmkarlıqları genişlənir
https://azeri.sahartv.ir/news/azərbaycan-i239804-pakistanın_azərbaycan_respublikası_ilə_hərbi_həmkarlıqları_genişlənir
Azərbaycan Respublikası prezidenti Bakıda Pakistanın baş naziri ilə birgə mətbuat konfransında bildirib ki, iki ölkə hərbi qüvvələrin təlimi sahəsində həmkarlıq üzrə layihələri nəzərdən keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2016 16:17 Asia/Baku
  • Pakistanın Azərbaycan Respublikası ilə hərbi həmkarlıqları genişlənir

Azərbaycan Respublikası prezidenti Bakıda Pakistanın baş naziri ilə birgə mətbuat konfransında bildirib ki, iki ölkə hərbi qüvvələrin təlimi sahəsində həmkarlıq üzrə layihələri nəzərdən keçirib.

IRNA-nın məlumatına görə, İlham Əliyev Məhəmməd Nəvaz Şəriflə birgə mətbuat konfransında deyib: Pakistan modern hərbi sənayeyə malikdir. Biz ikitərəfli görüşlərdə bu sahədəki həmkarlıqlar barədə danışdıq və birgə həmkarlıq sayəsində müştərək müdafiə məhsullarına malik ola bilərik. Eyni zamanda iki ölkənin hərbi qüvvələri arasında qarşılıqlı hərbi təlimlərlə bağlı layihələri nəzərdən keçirdik.

Əliyev deyib: Bakı ilə İslamabad arasında siyasi təmaslar davam etdiriləcək. Eyni zamanda ticarət həmkarlıqlarının genişləndirilməsi sahələrinin araşdırılması Nəvaz Şərifin Bakı səfərində nəzərdən keçirilmiş mühüm mövzulardandır.

Ötən il Pakistanın prezidenti Məmnun Hüseyn də Azərbaycan Respublikasına səfər etmişdi. O, bu səfərdən geri dönəndən sonra bildirdi ki, Azərbaycan Respublikası ÇF-17 qırıcılarının yeni nəsli xüsusiyyət təşkil etməklə Pakistandan bu ölkə istehsalı olan müdafiə və hərbi təchizatlar almağa meyllidir.