Azərbaycan Respublikasının İmişli rayonunda zəlzələ
Okt 16, 2016 15:29 Asia/Baku
-
Azərbaycan Respublikasının İmişli rayonunda zəlzələ
Azərbaycan Respublikasının İmişli rayonunda 5.4 bal gücündə zəlzələ baş verib.
IRIB-nin Bakı ofisinin məlumatına əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin bildirdiyinə görə, bu yeraltı təkan ilikin məlumatlara əsasən, heç bir xəsarət törətməyib.
Azərbaycan Respublikasının Seysmologiya Mərkəzi bildirib ki, Bakı vaxtı ilə 11-52 dəqiqədə baş vermiş bu zəlzələ 5.4 bal gücündə olub. Zəlzələ İmişlinin cənub-qərbindən 12 kilometr aralıda baş verib.
Zəlzələ Azərbaycan Respublikasının Ağdam, Tərtər, Yevlax və Bərdə rayonlarında, eləcə də İranın sərhəd şəhrestanlarında hiss olunubdur.